Gəncədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yenidənqurma, sülh və inteqrasiya mövzusunda tədbiri davam edir

Gəncədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yenidənqurma, sülh və inteqrasiya mövzusunda tədbiri davam edir
# 08 iyun 2023 10:42 (UTC +04:00)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" tədbiri Gəncə şəhərində davam edir.

APA-nın Gəncəyə ezam edilmiş xüsusi müxbirinin verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

Mərkəzdən verilən məlumata görə, qonaqlar daha sonra Daha sonra, Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsində yer alan dəyərlərin tədqiqi və təbliği əsasında toplantı keçirəcək.

Xatırladaq ki, tədbirdə müxtəlif ölkələrdən 30-dan çox xarici rəsmilər iştirak edir. İştirakçılar arasında Mərkəzin həmsədri İsmayıl Seragəldin, Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliyev, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç, BMT Baş Assambleyasının 75-ci prezidenti Volkan Bozkır, İSESCO-nun sabiq Baş direktoru Əbdüləziz Əl-Tüveycri , Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, Moldovanın sabiq Baş naziri Kiril Qaburiç, Maltanın sabiq Baş naziri Cozef Muskat, Bosniya və Herseqovinanın sabiq daxili işlər naziri Predraq Kurtes, Rumıniyanın sabiq Baş nazir müavini Ana Birçal, Gürcüstanın sabiq Baş nazir müavini Eka Tkeşelaşvili, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, İrqçilik əleyhinə Avropa Şəhərlər Koalisiyasının Prezidenti (YUNESCO) Benedetto Zaççiroli, Amerikanın xarici siyasəti üzrə milli komitənin prezidenti və icraçı direktoru Syuzan Eliot, Dünya Bankının sabiq vitse-prezidenti Mats Karlson yer alır.

Fuad Sadıqov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR