Gəncədə “Öyrən, əylən, peşəni seç” devizi altında Peşələr Festivalı keçirilib

Gəncədə “Öyrən, əylən, peşəni seç” devizi altında Peşələr Festivalı keçirilib
# 01 iyun 2022 21:36 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə keçirilən Peşələr Festivalının növbəti dayanacağı Gəncə şəhəri olub.

Gəncə RİH-dən APA-ya veriləm məlumata görə, şəhərin Heydər Əliyev Meydanında təşkil olunan festivalda Agentliyin idarə heyətinin sədri Mustafa Abbasbəyli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkili Musa Quliyev, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak ediblər.

Festivalın açılışında çıxış edənlər tədbirin məqsədi və əhəmiyyəti haqqında danışıblar. Bildirilib ki, layihə 10 rayon və şəhəri əhatə edir. “Öyrən, Əylən, Peşəni seç” devizi ilə reallaşan layihənin yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığın, həmçinin peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolunu yüksək qiymətləndirərək, bu kimi tədbirlərin peşə seçimində, karyera inkişafında rolunun vacibliyini vurğulayıblar.

Layihə çərçivəsində aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə professional ekspertlər tərəfindən təqdimatları keçirilib.

Qonaqlar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR