Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan “Chevrolet” və “VAZ 2107” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı xəsarət alan 1895-ci il təvəllüdlü, "Chevrolet" markalı avtomobilin sürücüsü Təbriz Əliyev, həmin avtomobildə olan sərnişin 1974-cü il təvəllüdlü Tacirə Ələsgərova və "VAZ" markalı avtomobilin sərnişini, 2003-cü il təvəllüdlü Gülnarə Mədətova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.