Gəncədə sakinlərlə növbəti səyyar görüş keçirilib - FOTO

Gəncədə sakinlərlə növbəti səyyar görüş keçirilib - FOTO
# 29 iyun 2022 16:05 (UTC +04:00)

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində mütəmadi vətəndaşlarla səyyar və fərdi görüşlər keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə Məhsəti Mərkəzində sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib.
Gəncə Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, görüşdə Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev, Eldəniz Xudiyev, İcra Hakimiyyətinin məsul əməkdaşları və aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

Şəhər sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, mənzil növbəliliyi və digər məsələlər üstünlük təşkil edib. Niyazi Bayramov tərəfindən sakinlərin səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib, bir çox məsələlər yerindəcə öz həllini tapıb.

Bununla yanaşı, səhiyyə məsələləri ilə bağlı bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə ölkədə icbari tibbi sığorta sistemi tətbiq edilir. Bununla da, sakinlər dövlət tibb müəssisələrinə müraciət edərək rahat şəkildə müalicə və müayinə oluna bilərlər. Əhalinin məşğulluğu ilə bağlı sakinlərə Dövlət Məşğulluq Agentliyinin tabeliyində Gəncə-Daşkəsən Regional Məşğulluq filialına müraciət etmələri tövsiyə olunub.

Vətəndaşlar səyyar görüşdən razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR