Gəncədə şəhid Elvin Mustafayevin anım mərasimi keçirilib - FOTO

Gəncədə şəhid Elvin Mustafayevin anım mərasimi keçirilib - FOTO
# 29 aprel 2022 10:43 (UTC +04:00)

Gəncə şəhərində şəhid Mustafayev Elvin Fuad oğlunun il mərasimi qeyd olunub.

Bu barədə APA-ya Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, hər bir şəhid və onun ailəsi Azərbaycan dövləti və xalqı üçün əzizdir. Vətən üçün canından keçən igidlərimizin xatirəsi daim ehtiramla yad edilir, onların ailələri diqqətdə saxlanılırlar. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində də şəhid və qazi ailələrinə xüsusi qayğı göstərilir. Aidiyyəti qurumların rəhbərləri tərəfindən şəhid ailələri daim ziyarət olunurlar, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində qanunamüvafiq formada tədbirlər həyata keçirilir. Bununla yanaşı, şəhər rəhbərliyi mütəmadi şəkildə şəhidlərimizin il mərasimlərində iştirak edir, ailələrlə birlikdə onların məzarları ziyarət olunur. Həmçinin, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin il mərasimlərinin təşkili üçün hər bir ailəyə müvafiq qaydada maddi yardım göstərilir.

Bu gün Vətən müharibəsi şəhidi Mustafayev Elvin Fuad oğlunun il mərasimi təşkil olunub. Səhər saatlarında şəhidin məzarı ziyarət edilib, üzərinə tər çiçəklər düzülüb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev, Nizami və Kəpəz bələdiyyələrinin sədrləri Qoşqar Məmmədov və Yaşar Abdullayev, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılər şurasının üzvü Hacı Tahir Abbasov və digər rəsmilər şəhidin ailəsini ziyarət edib, il mərasiminə qatılıblar.

Şəhid yaxınlarının qayğıları ilə maraqlanan şəhər rəhbəri, onları narahat edən məsələlərin qısa vaxt ərzində qanunamüvafiq formada həll edilməsi üçün tapşırıq verib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR