Gəncədə “siçan dərmanı” içən qadın ölüb

Gəncədə “siçan dərmanı” içən qadın ölüb
# 07 avqust 2022 11:21 (UTC +04:00)

Gəncədə 40 yaşlı qadın dərman içərək ölüb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 1982-ci il təvəllüdlü Əliyeva Kəmalə yaşadığı evdə “siçan dərmanı” içərək özünə qəsd edib. Qadının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Onun hansı səbəbdən intihar etməsi məlum deyil. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR