Gəncədə Vətən müharibəsi şəhidləri yad olunub - FOTO

Gəncədə Vətən müharibəsi şəhidləri yad olunub - FOTO
# 01 dekabr 2022 13:56 (UTC +04:00)

Vətənin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərə və onların ailələrinə, həmçinin müharibə veteranlarına və döyüşlərdə sağlamlıqlarını itirmiş şəxslərə dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə yanaşılır. Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilir. Respublikanın hər yerində olduğu kimi Gəncə şəhərində də bu kateqoriyadan olan şəxslər diqqətdə saxlanılırlar.

Bu barədə APA-ya Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, millət vəkilləri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin şəhər ictimaiyyətinin üzvləri Vətən müharibəsi şəhidlərinin anım günlərində iştirak edir, onlara dərin hörmət və ehtiramlarını bildirirlər.

Ötən həftə ərzində Gəncə və Göygölün Vətən müharibəsi şəhidləri Bayramov Həsən Bəhram oğlu, Məmmədov Elmar Saleh oğlu, Babayev Rəşad İlham oğlu, Məmmədov İlham Rauf oğlu və Məmmədov Elnur İsrafil oğlunun xatirəsi yad edilib. Mərasim iştirakçıları Gəncənin Şəhidlər xiyabanına gələrək, Vətən uğrunda canından keçən igid oğulların məzarlarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.

Şəhid ailələri ilə söhbət zamanı Prezident İlham Əliyev, eləcə də Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söhbət açılıb. Həmçinin qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirdi. Bu qələbəyə Azərbaycanın güclü iqtisadiyyatı, ordumuzun rəşadəti, əsgər və zabitlərimizin vətənpərvərliyi, eyni zamanda dövlət-xalq, Prezident-xalq həmrəyliyi sayəsində nail olundu.

Şəhid ailələri öz növbələrində ölkə rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR