Gəncədə yeni asfalt örtüyü vurulan küçələrə baxış keçirilib

Gəncədə yeni asfalt örtüyü vurulan küçələrə baxış keçirilib
# 21 oktyabr 2022 19:53 (UTC +04:00)

Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyası nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqla yanaşı, ölkəmizin bütün regionlarında olduğu kimi, Gəncə şəhərində də genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır.

Gəncə şəhər İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, Gəncənin küçə və prospektlərində aparılan abadlıq-quruculuq habelə əsaslı təmir işləri, yeni müasir işıq dirəklərinin quraşdırılması bu diqqət və qayğının əyani sübutudur.

Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov asfalt örtüyü əsaslı təmir edilmiş bir neçə küçədə o cümlədən Z.Bünyadov (keçmiş İ.Krılov) küçəsində olub. Şəhər rəhbərinə bildirilib ki, abadlıq-quruculuq işləri çərçivəsində küçələrdə köhnə asfalt qatı qazılaraq yenisi ilə əvəz olunub, asfalt olmayan hissələrə, eyni zamanda səkilərə asfalt örtüyü salınıb, yeni səki daşları quraşdırılıb. Görülən işlərlə yerində tanış olan Niyazi Bayramov hər bir işin keyfiyyətinə üstünlük verilməsini bildirib, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

Asfaltlanma işləri küçə sakinləri tərəfindən də minnətdarlıqla qarşılanıb və bütün bu işlərə görə Möhtərəm Prezident cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR