Gəncənin 6 metr hündürlükdə olan simvolik gerbi təmirdən sonra yerinə quraşdırılıb.
APA-nın yerli bürosu xəbər verir ki, artıq bir müddətdir mütəxəssislər tərəfindən gerbin əsaslı təmir olunması istiqamətində iş aparılıb və proses başa çatıb.
Gəncənin simvolik gerbi Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları və xüsusi texnikası vasitəsilə özünün ənənəvi yerinə - Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyinin üzərinə yerləşdirilib.
Xatırladaq ki, bu ilin mart ayının 20-də Gəncə şəhərində əsən güclü külək nəticəsində şəhərin Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyinin üzərində yerləşən Gəncənin simvolik gerbi də aşaraq zərər görüb. 6 metr hündürlükdə olan gerbə baxış zamanı güclü külək nəticəsində simvolların bəzilərinin yararsız hala düşdüyü aşkar olunub.