Gənclər Fondu 1200-ə yaxın tələbənin təhsil xərcini qarşılayıb - FOTO

Gənclər Fondu 1200-ə yaxın tələbənin təhsil xərcini qarşılayıb  - FOTO
# 27 may 2022 14:41 (UTC +04:00)

“Gənclər Fondu tərəfindən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan 1190 tələbənin təhsil xərci qarşılanıb".

APA xəbər verir ki, bunu Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov Fondun 10 illik yubileyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Fond 10 ildə 5000-dən çox layihə maliyyələşdirib:

“Həmin layihələrdən ölkə üzrə üzrə 500 min nəfərdən çox gənc yararlanıb. Bundan başqa, 47 gəncin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistr təhsili dəstəklənib. Eyni zamanda, 332 gəncin beynəlxalq tədbirlərdə iştirakı təmin edilib, 48 gənc xarici ölkələrdə yerləşən beynəlxalq təşkilatlarda Fond vasitəsilə təcrübə keçib".

Fərid Cəfərov bildirib ki, ölkənin 55 şəhər və rayonunda Fondun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılıb:

“Nümayəndəliklərdə son iki il ərzində 200 mindən çox gənc müxtəlif mövzularda təlimlər və layihərə cəlb edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR