Gənclər Gününə həsr olunmuş karyera sərgisi keçirilib - FOTO

Gənclər Gününə həsr olunmuş sərgi

© APA | Gənclər Gününə həsr olunmuş sərgi

# 29 yanvar 2022 11:46 (UTC +04:00)

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı Gənclər Evində 2 Fevral - Gənclər Gününə həsr olunmuş karyera sərgisi keçirilib.

APA-nın xəbərinə görə, sərgidə müxtəlif şirkətlərin stendləri yer alıb.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bildirib ki, bugünkü sərgi Gənclər Günü münasibətilə keçirilən tədbirlər silsiləsi çərçivəsində təşkil olunub.

Onun sözlərinə görə, hər il belə əmək sərgiləri keçirilir: "Xüsusən məzun günü ərəfələrində belə sərgilər daha çox keçirilir. Bugünkü sərgidə isə 15 şirkət 507 vakansiya ilə çıxış edir. Sərgidə müxtəlif universitetlərin tələbə və məzunları iştirak edir. Sərginin məqsədi tələbələrin və universiteti yeni bitirmiş məzunların işlə təmin olunması və fərqli sahələrdə özlərini sınamasıdır".

Nazir müavini qeyd edib ki, karyera sərgiləri bölgələrdə də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR