Geomaqnit qasırğasının təsiri davam edəcək

Geomaqnit qasırğasının təsiri davam edəcək
# 05 iyun 2023 14:42 (UTC +04:00)

Hazırda Günəşin səthində aktiv ləkə qrupunun sayı azalaraq 7-yə düşüb, aktiv ləkələrin sayı isə 110-dur.

Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, iyunun 4-ü baş vermiş CME-nin (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) Yerə istiqamətlənmiş komponentinin olub-olmadığı analiz olunur.

Günəş küləyinin sürəti isə 465 km/san-yə kimi artıb.

Geomaqnit sahə sakit-aktiv fazalarda olub, Tac dəliyi ilə bağlı G1 sinifli geomaqnit qasırğası proqnozlaşdırılsa da, baş verməyib. Hazırda isə geomaqnit sahə sakitdir (Kp=1+).

Proqnoz günlərində (05-11 iyun) Günəş fəallığının zəif olacağı gözlənilir. C sinif alışmanın baş verməsi ehtimalı 99%, M sinif 35%, X sinif isə 10% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin sakit və həyacanlaşmış səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə 7 iyunda S1 səviyyəsinə qədər qalxacağı gözlənilir.

Günəş küləyinin sürətinin günəşin qərb yarımkürəsindəki iki tac dəliyi və müsbət qütblü CH HSS-in (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) təsiri ilə artacağı gözlənilir.

Proqnoz dövrü ərzində müsbət qütblü CH HSS təsiri ilə 05 iyunda G1 səviyyəli geomaqnit qasırğasının olması, 06-07 iyunda da bu təsirin davam edəcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR