Gömrük əməkdaşlarının geyim norması artırılıb

Dövlət Gömrük Komitəsi

© APA | Dövlət Gömrük Komitəsi

# 29 yanvar 2022 18:10 (UTC +04:00)

Nazirlər Kabineti “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat Normaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, gömrük orqanlarının bütün şəxsi heyətinə 2 il müddətinə bir dəst açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş qısaqol yay köynəyi və şalvar da veriləcək.

Eyni zamanda indiyə qədər gömrük orqanlarının bütün şəxsi heyətinə 1 illiyə verilən 2 ədəd tünd-göy rəngli maykanın əvəzinə 1 illiyinə 2 ədəd açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş mayka (qış üçün qalın, yay üçün nazik) veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR