Goranboyda Zəfər Günü qeyd edilib - FOTO

Goranboyda Zəfər Günü qeyd edilib - FOTO
# 08 noyabr 2022 11:43 (UTC +04:00)

8 Noyabr - Zəfər Günü münasibəti ilə Goranboyda tədbir keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, ümumrayon tədbirində rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin fəalları, məktəblilər və gənclər, iştirak ediblər.

Əvvəlcə rayonun mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, gül dəstələri düzülüb.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

İH başçısı Məhərrəm Quliyev qeyd edib ki, işğal altındakı ərazilərimizin azad edilməsi uğrunda, 2020-ci il sentyabrın 27-dən başlayan və böyük Zəfərlə yekunlaşan, dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. O, yeni şanlı tarixin haqq və ədalət nümunəsi olduğunu vurğulayaraq Qələbə müjdəsini xalqımıza yaşatdığı üçün Müzəffər Ali Baş Komandana və rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını bildirib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında və arxa cəbhədə xalqımız böyük əzmkarlıq nümayiş etdirib.

Şəhid ailələri və qazilər onlara göstərilən diqqət qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Mehriban xanın Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirdə rayon mədəniyyət evinin incəsənət ustalarının və məktəblilərin ifasında ədəbi-bədii proqram, idmançıların idman göstəriciləri və gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisi və digər sənət nümunələri nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR