Göyçay şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsinin istintaqı başa çatıb

Göyçay şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsinin istintaqı başa çatıb
# 19 iyul 2022 07:55 (UTC +04:00)

Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Rəşad Şükürovun barəsində cinayət işi üzrə istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları, baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Qeyd edək ki, qanunsuz tikinti-quraşdırma işlərinin aparılması və digər qanun pozuntusu faktları ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılır.

Hazırda Göyçay RİH başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şükürov Rəşad Əlibala oğlunun İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyərkən, digər vəzifəli şəxslərindən ibarət korrupsiya şəbəkəsinin üzvləri ilə qabaqcadan əlbir olub.

Səlahiyyətlərindən sui-istifadə edərək vəzifəli şəxslərdən xidməti vəzifələrinin icrasına davam etmələri üçün rüşvət verməyəcəkləri təqdirdə işdən çıxarılacaqları ilə bağlı hədə-qorxu gələrək, xidməti otağında onlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində həbs qətimkan tədbiri seçilsə də, bir müddət sonra ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə fevralın 22-də vəzifəsindən azad edilib. Rəşad Şükürov da Mehdi Səlimzadənin dövründə işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR