Göygöldə zəhərlənən uşaqların vəziyyəti açıqlanıb

Göygöldə zəhərlənən uşaqların vəziyyəti açıqlanıb
# 11 avqust 2022 14:29 (UTC +04:00)

Göygöldə ötən gün zəhərlənən 4 uşağın vəziyyəti açıqlanıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasına dünən zəhərlənmə şübhəsi ilə saat 16 radələrində ağır vəziyyətdə təcili tibbi yardım maşını ilə 4 yeniyetmə gətirilib.

2010, 2011, 2013, 2014-cü il təvəllüdlü olan yeniyetmələr təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasyon tədbirlər görülərək yeniyetmələrin həyati funksiyaları bərpa olunub. Daha sonra yeniyetmələr həkim-reanimatoloqun müşayiətilə təcili tibbi yardım reanomobili vasitəsilə Bakıya təxliyyə ediliblər.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən yeniyetmələrin hazırda həyati təhlükələri yoxdur, vəziyyətləri stabildir. Onların həkim nəzarəti altında müalicələrinə davam edilir.

Qeyd edək ki, ötən gün 2010-ci il təvəllüdlü A.Məmmədova, onun həmyaşıdı M.Hacıyeva, Ş.Rüstəmova və K.Hacıyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatı saçlarına vurduqları üçün zəhərləniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR