Güclü külək və intensiv yağış Şəmkirdə fəsadlar törədib - VİDEO - YENİLƏNİB

Güclü külək və intensiv yağış Şəmkirdə fəsadlar törədib - VİDEO  - YENİLƏNİB
# 05 iyun 2023 10:21 (UTC +04:00)

Ötən gün axşam saatlarında əsən güclü külək və intensiv yağan yağışlar Şəmkir rayonunun bir sıra kəndlərində fəsadlar törədib.

Şəmkir rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasından APA-ya verilən məlumata görə, əsasən, avtomobil yoluna, elektrik və qaz xətlərinə, rabitə təsərrüfatına qismən ziyan dəyib. Güclü külək və intensiv yağan yağışların yaratdığı fəsadların aradan qaldırılması üçün gecə saatlarından Şəmkir RİH yanında Fövqəladə Hallar Komissiyası, FHN-nin Gəncə Regional Mərkəzi, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsi 25 saylı Yol İstismar İdarəsi və digər aidiyyəti qurumların əməkdaşları, texnikalar dərhal hadisə yerinə cəlb olunub, fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Hazırda rayonun 4 yaşayış məntəqəsi istisna olmaqla, bütün ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunub, avtomobil yolları təmizlənib.

***

4 iyun, 11.15

Ötən gecədən başlayaraq Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Şəmkir rayonunun bəzi ərazilərinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, bununla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.

Hazırda Şəmkir şəhəri və rayonun Zəyəm qəsəbəsində su basmış yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR