Gürcüstan Baş prokurorunun Azərbaycana səfəri başa çatıb

Gürcüstan Baş prokurorunun Azərbaycana səfəri başa çatıb
# 15 iyul 2022 17:27 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə ölkəmizə səfərə gələn Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 15-də Fəxri Xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, daha sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə tər gül dəstələri qoyublar.

Şəhidlər xiyabanından sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanışlıq olmaqla yanaşı, onlara həmçinin Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində Azərbaycanın Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Bundan sonra, qonaqlar paytaxtımızın tarixi və mədəni abidələri ilə tanış olublar.

Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi heyətinin ölkəmizə rəsmi səfəri başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR