Gürcüstan məktəblərində oxuyan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstan məktəblərində oxuyan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
# 05 iyul 2022 14:40 (UTC +04:00)

2016-2020-ci illərdə 905 Azərbaycan vətəndaşı Gürcüstanın ümumtəhsil məktəblərində təhsil almaq üçün qeydiyyatdan keçib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının “Miqrasiya Profili” adlı hesabatında qeyd olunub.

Bildirilib ki, illər üzrə 2016-cı ildə 185, 2017-ci ildə 175, 2018-ci ildə 220, 2019-cu ildə 189, 2020-ci ildə 136 Azərbaycan vətəndaşı Gürcüstanın ümumtəhsil məktəblərində təhsil almaq üçün müraciət edib.

Beş il ərzində Gürcüstanın ümumtəhsil məktəblərində təhsil üçün ən çox Rusiya (2 520) və İran (1034) vətəndaşları qeydiyyatdan keçib. Azərbaycan bu siyahıda üçüncü yerdə qərarlaşıb.

2016-2020-ci illərdə Gürcüstan məktəblərində təhsil alan əcnəbi şagirdlərin 60%-i Rusiya, İran, Azərbaycan və Ukrayna vətəndaşları olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR