Gürcüstan parlamentinin sədri Azərbaycanı təbrik edib

Gürcüstan parlamentinin sədri Azərbaycanı təbrik edib
# 28 may 2022 12:00 (UTC +04:00)

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib.

APA-nın yerli bürosu xəbər verir ki, parlament sədri azərbaycanlı həmkarı Sahibə Qafarovaya ünvanladığı “Twitter” paylaşımında qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyini bəyan etməsi ölkənin inkişafı və çiçəklənməsinə təkan verib.

“Qoy əlaqələrimiz bizim qardaş xalqlarımızın daha yaxşı gələcəyi naminə qarşıdan gələn onilliklərdə də çiçəklənsin”, - Gürcüstan parlamentinin sədri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR