Gürcüstan və Rusiyadan gətirilən 45 ton kartofda çürümə aşkarlanıb

Gürcüstan və Rusiyadan gətirilən 45 ton kartofda çürümə aşkarlanıb
# 28 sentyabr 2022 17:30 (UTC +04:00)

"Əkinçi -10 2021" MMC tərəfindən Gürcüstan Respublikasında fəaliyyət göstərən "LIMA" şirkətindən və Rusiya Federasiyasında fəaliyyət göstərən S.N.Sovzıxonoviçə məxsus müəssisədən ölkəmizə idxal olunan 45 ton ərzaqlıq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Qida Təhlükəsizliyi Agentliyindən APA-ya verilən xəbərə görə, müayinələr nəticəsində məhsul partiyasında karantin tətbiq edilən orqanizm – kartof yumrularında halqavari bakterial çürümə (fitopatogen bakteriyalar: Clavibacter michiganensis subsp. Sepedonicus) aşkar olunub.

Aşkar edilmiş faktla bağlı məhsulun məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılmasına dair qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR