Gürcüstanda Azərbaycan dili və ədəbiyyat müəllimləri attestasiyadan keçiriləcək

Gürcüstan

© APA | Gürcüstan

# 27 dekabr 2021 19:02 (UTC +04:00)

Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə dərs deyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri 2022-ci ildən etibarən Azərbaycan dilində attestasiya imtahanından keçə biləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Qiymətləndirmə və İmtahan üzrə Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, mərkəz ölkənin Təhsil və Elm Nazirliyinin müvafiq qərarına uyğun olaraq, Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün 2022-ci ildə öz ana dillərində keçiriləcək imtahanların hazırlanmasına başlayıb.

Məlumatda qeyd olunub ki, bu cür qiymətləndirmə Gürcüstanda ilk dəfə həyata keçiriləcək.

Qeyd edək ki, hazırda qaydalara görə digər fənn müəllimlərindən fərqli olaraq Azərbaycan dili və ədəbiyyatı müəllimləri attestasiya imtahanı verə bilmirdilər. Bu səbəbdən onların Baş müəllim statusu alması mümkün deyildi.

Müvafiq qərar ölkənin ermənidilli məktəblərinə də şamil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR