Gürcüstanda əcnəbi tələbələrin 13%-ni Azərbaycan vətəndaşları təşkil edir - HESABAT

Gürcüstanda əcnəbi tələbələrin 13%-ni Azərbaycan vətəndaşları təşkil edir - HESABAT
# 05 iyul 2022 14:52 (UTC +04:00)

2016-2020-ci illərdə Gürcüstan ali məktəblərinin bakalavr, magistr və doktorantura pillələrində, həmçinin bir mərhələli tibbi proqramlarında təhsil alan əcnəbi tələbələrin yarıdan çoxu Azərbaycan və Hindistan vətəndaşları olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının “Miqrasiya Profili” adlı hesabatında qeyd olunub.

Bildirilib ki, hesabat dövründə 2 937 Azərbaycan vətəndaşı Gürcüstanda ali təhsil alıb ki, bu da ölkədəki əcnəbi tələbələrin ümumi sayının 13%-ni təşkil edib.

2016-2020-ci illərdə Gürcüstanda 8 997 Hindistan (41%), 1 173 Nigeriya (5%), 1 103 İran (5%), 1 010 İsrail (5%), 914 Misir (4%), 559 Rusiya (3%), 408 Suriya (2%), 378 Türkiyə (2), 365 Böyük Britanİya (2%) vətəndaşı, digər ölkələrdən isə 4 319 (19%) əcnəbi vətəndaş ali təhsil alıb.

5 il ərzində xarici tələbələrin 73%-i özəl təhsil müəssisələrinə üz tutublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR