Gürcüstanın sabiq spikeri deputat mandatının ləğv olunmasını istəyir

Kaxa Kuçava

© APA | Kaxa Kuçava

# 20 yanvar 2022 13:17 (UTC +04:00)

Gürcüstan parlamentinin sabiq sədri Kaxa Kuçava deputat mandatının ləğv edilməsi üçün parlamentə müraciət edib.

APA-nın yerli bürosu xəbər verir ki, sabiq spikerin müraciəti artıq Prosessual Məsələlər Komitəsinə göndərilib və məsələnin müzakirəsi yaz sessiyasının açılışından öncəyə planlaşdırılıb. K. Kuçavanın deputat mandatının parlamentin yaz sessiyasının ilk plenar iclasında ləğv ediləcəyi bildirilib.

Qeyd edək ki, sabiq spiker K. Kuçava vacib dövlət layihələrindən birinə rəhbərlik edəcəyini əsas gətirərək ötən ilin dekabrında vəzifəsindən istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR