Hacıqabul-Horadiz yolundakı qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

Hacıqabul-Horadiz yolundakı qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
# 30 sentyabr 2022 13:19 (UTC +04:00)

Hacıqabul-Horadiz avtomobil yolunda baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyindəki Şirvan Rayon Mərkəzi Xəstəxanasına 5 nəfər yerləşdirilib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda 4 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları sol qamış sümüyünün yerdəyişməsi sınığı, qabırğaların sınığı, döş qəfəsinin əzilməsi, sağ bud sümüyünün sınığı, qarnın küt travması, sol mil sümüyünün sınığı, qapalı kəllə-beyin travması və sağ bazu sümüyünün sınığı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR