Hans Kluge: "Region ölkələrində böyük kadr potensialı var, amma tam istifadə edilmir"

Hans Kluge

© APA | Hans Kluge

# 27 aprel 2022 10:19 (UTC +04:00)

“Region ölkələrində olduqca böyük kadr potensialı var, amma təəssüf ki, bundan tam şəkildə istifadə edilmir".

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional direktoru Hans Kluge Şamaxıda keçirilən tədbirdə deyib.

“Mənim ölkəmdə, yəni Belçikada ilkin səhiyyə xidməti göstərən həkimlərin aldığı məvacib olduqca yüksək idi. Mən də terapevt olaraq çalışmışam və işimi çox sevirdim. Hökumət məni bütün tibbi ləvazimatlarla təchiz edirdi. Bu, ona görə idi ki, insanlar müraciət edən zaman onlara kömək göstərə bilim. Öz təcrübəm göstərir ki, ilkin səhiyyə xidməti ilə insanlara ilkin diaqnozun qoyulması çox vacibdir. Regiondakı ölkələrdə görürük ki, kifayət qədər böyük əmək qüvvəsi var, amma biz bundan tam şəkildə istifadə edə bilmirik. Çalışırıq ki həkimlərin üzərinə düşən yükü azaldaq”, - Kluge vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR