Havada toz dumanı müşahidə edilir

Havada toz dumanı müşahidə edilir
# 13 sentyabr 2022 09:46 (UTC +04:00)

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova APA-ya bildirib ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir.

“Dispers toz hissəcikləri Nizami rayonunda 1.2, Səbail rayonunda 1.1 dəfə normadan yüksək qeydə alınıb. Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraiti gün ərzində davam edəcək", - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR