Həbsdəki tanışına toyuğun və qəndin içində narkotik gətirən şəxs tutulub - FOTO

Həbsdəki tanışına toyuğun və qəndin içində narkotik gətirən şəxs tutulub - FOTO
# 16 may 2022 11:05 (UTC +04:00)

Ədliyyə nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə psixotrop və narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən APA-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Hünər Şabanəli oğlu Cəfərova tanışı İlham Səlim oğlu Əliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman xüsusi üsulla gizlədilmiş 1 kq qəndin içərisində səpilmiş formada ümumi çəkisi 0,905 qram psixotrop maddə - metamfetamin və bişirilmiş toyuğun içərisində 0,817 qram miqdarında narkotik maddə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR