Heç bir şagirdinin universitetə qəbul olmadığı bildirilən məktəb keçən il fəaliyyətə başlayıb

Heç bir şagirdinin universitetə qəbul olmadığı bildirilən məktəb keçən il fəaliyyətə başlayıb
# 10 iyun 2022 13:18 (UTC +04:00)

“Abituriyent” jurnalının 12-ci buraxılışında Bakıda yerləşən 152 saylı tam orta məktəbin bir şagirdinin belə ali təhsil müəssisəsinə qəbul olmadığı barədə məlumat qeyd edilib.

Məsələ ilə bağlı APA-ya açıqlama verən məktəbin direktoru Zakay Şayev bildirib ki, həmin məktəb əvvəl özəl olub:

“"Xabad-Or-Avner" adlanan həmin məktəb 2003-cü ildə Ulu öndərin birbaşa dəstəyi və razılığı ilə açılıb. Ola bilər ki, “Abituriyent”də bizim məktəbimiz bu adla gedib. Builki tədris ilindən isə 152 saylı tam orta məktəb kimi fəaliyyət göstərib. Bizim ötən tədris ilində 6 məzunumuz olub. Onlardan ikisi Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub, biri Moskva, biri isə İsraildə ali məktəbə qəbul olunub”.

Direktor isə deyib ki, builki tədris ilində məktəbin 5 məzunu var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR