Həkəri çayına növbəti dəfə balıq körpələri buraxılıb

Həkəri çayına növbəti dəfə balıq körpələri buraxılıb
# 05 noyabr 2022 09:23 (UTC +04:00)

Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsinə 200 000 çəkikimi balıq körpəsi buraxılıb.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev APA-ya bildirib.

“Ölkənin təbii su hövzələrinin zənginləşdirilməsi, biomüxtəlifliyin qorunması və su bioresurslarının bərpasına kömək məqsədilə bütün balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına bizimlə birgə töhfə verməyə çağırırıq”.

F.Əliyev təbii su hövzələrinə balıq buraxılışı tədbirlərinin noyabrın sonunadək davam edəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR