Həkim: ""Buster" doza almamış şəxsləri qapalı məkanlara buraxmaq doğru olmaz"

Təyyar Eyvazov

© APA | Təyyar Eyvazov

# 26 yanvar 2022 15:29 (UTC +04:00)

“İki doza almış şəxslər 5-6 aydan sonra infeksiya üçün həssas olur”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib.

O bildirib ki, onları qapalı yerə, digər şəxslər arasına buraxmaq doğru olmaz: “Buna görə 5-6 ay keçdikdən sonra “buster” dozanın vurulması lazımdır. Ona görə xəstəlikdən 5-6 ay vaxtı keçmiş və bundan sonra “buster” doza vurduran şəxslər qapalı məkanlara, restoranlara girə biləcək. Yoluxma sayları kəskin artır. Bu da yeni ştamla bağlıdır. Xəstəxanalara yatışların qarşısını almaq üçün “buster” dozanın olunmasını qətiyyətlə tövsiyə edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR