Həkim: "Hazırda koronavirusa yoluxanlarda iy və dadbilmə, demək olar ki, itmir"

Təyyar Eyvazov

© APA | Təyyar Eyvazov

# 26 yanvar 2022 15:17 (UTC +04:00)

“Hazırda dad və iybilmənin itmə tezliyi aşağıdır”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib. O bildirib ki, demək olar ki, bu hallara rast gəlinmir: “Simptomlar meydana çıxanda insan özünü mütləq təcrid etməlidir. Bundan başqa maska taxmalı, otağın havasını tez-tez dəyişdirilməli və gigiyena qaydalarına əməl etməlidir. Bundan başqa, ərazi üzrə ailə həkiminə müraciət etməlidir. Bundan sonra test götürmək üçün müəyyən şəxsin göndərilməsi məsələsinə baxılır”.

İnfeksionist qeyd edib ki, ev daxilində şəxslərin xəstəliyinə qarşı statusları fərqli ola bilər: “Kimsə iki, kimsə bir doza peyvənd almış, kiminsə yanaşı xəstəlikləri ola bilər. Tam doza peyvənd alanlar xəstəliyi yüngül keçirir. Hazırda “buster” dozanın qəbul edilməsi lazımdır. Əvvəlki dozaların üstündən 5-6 ay keçibsə, demək ki, təsiri aşağı düşüb. Daha ağır xəstəlik keçirmək istəmiriksə, “buster” doza olunmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR