Həkim: Şüadan qoruduğu deyilən eynəklərlə bağlı sübut yoxdur

Həkim: Şüadan qoruduğu deyilən eynəklərlə bağlı sübut yoxdur
# 10 avqust 2022 15:24 (UTC +04:00)

Şüadan qoruduğu deyilən eynəklərin 100% qoruyucu olması barədə heç bir elmi ədəbiyyatda sübut yoxdur.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq-cərrah Nigar Həsənova deyib.

Onun sözlərinə görə, kompüter qarşısında uzun müddət işləyənlər sadəcə gözlərini nəmləndirməklə və fasilə verməklə yarana biləcək narahatlıq və qurumanın qarşısını ala bilərlər:

“Yəni optikada təklif edilən şüadan qoruyucu eynəklər sizin fərdi seçiminizdir, lakin onun effekti düşündüyünüz kimi olmaya bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR