Həkimlərin maaşları ilə bağlı hökumətə layihələr təqdim olunub

Həkimlərin maaşları ilə bağlı hökumətə layihələr təqdim olunub
# 10 noyabr 2022 13:32 (UTC +04:00)

“Əsas narahatlıq doğuran məqamlardan biri səhiyyə sahəsində əməkhaqqı ilə bağlıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

O bildirib ki, onkologiya, narkologiya və psixatriya sahəsində həkimlərin maaşının artırılması üçün hökumətə layihə təqdim ediblər: “Onların əməkhaqlarının reallığa uyğunlaşdırılması üçün hökumətə layihə təqdim etmişik”.

Nazir müavini bildirib ki, dövlət xəstəxanalarında işləyən həkimlərin maaşlarından vergi tutulmaları bu gün çox ciddi məsələdir:

“Müvafiq qurumlardan xahiş edirik ki, bu məsələyə xüsusi həssaslıqla yanaşılsın. Bu gün özəl və dövlət tibb müəssisələrində çalışan həkimlərin əməkhaqqından vergi tutmalarında ciddi fərq var. Bu fərqin aradan qaldırılması üçün layihə hazırdır və hökumətə təqdim olunub. Tibb Universiteti də bu qəbildəndir. Tibb Universitetində gələcək həkimlər hazırlanır, ora təkcə müalicə mərkəzi deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR