Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar

Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar
# 13 avqust 2022 16:50 (UTC +04:00)

Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində hərbi qulluqçularımız ilk yarışa başlayıblar.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan tankçılarının birinci heyəti müsabiqənin “Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparıblar.

Şərti hədəfləri sərrast atəşlə məhv edən komandamız marşrut üzrə müəyyən olunmuş məsafəni qət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR