Hərbçilərin məcburi icbari narkoloji müayinədən keçirilməsi qaydası hazırlanacaq

Hərbçilərin məcburi icbari narkoloji müayinədən keçirilməsi qaydası hazırlanacaq
# 18 may 2022 20:23 (UTC +04:00)

Hərbçilərin məcburi icbari narkoloji müayinədən keçirilməsi qaydası hazırlanacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu ün imzaladığı “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 514-VIQD nömrəli Qanununun tətbiqi” haqqında fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan və birbaşa kadr zabit heyətinə könüllü daxil olan şəxslərin, habelə həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) icbari narkoloji müayinədən keçməsi qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Qeyd edək ki, “Narkoloji xidmət və nəzarət haqqında” qanuna edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr-zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə ( müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçiriləcəklər.

Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR