Heydər Əliyev Fondu: Ənvər Həsənovun ailəsinə dəstək göstərilir

Ənvər Həsənov

© APA | Ənvər Həsənov

# 30 avqust 2022 20:11 (UTC +04:00)

Xalq artisti Ənvər Həsənovun səhhəti ağır olaraq qalır. Sənətkarın qızı APA-ya bildirib ki, bu gün atasının "Covid-19" testi də pozitiv çıxıb. O, atasının müalicəsinin davam etdirildiyini söyləyib.

Heydər Əliyev Fondundan APA-ya bildirilib ki, aktyorun ailəsi müalicəyə yardım etmək üçün müraciət edib. Fond da, öz növbəsində, ailəyə dəstək göstərir.

Qeyd edək ki, Xalq artistinin səhhətində bir neçə gün öncə ciddi problem yaranıb. O, hazırda Mərdəkanda xəstəxanada müalicə alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR