Heydər Əliyev Mərkəzində "Zəfər" saytının təqdimatı olub - FOTO - VİDEO

Zefer.az saytı təqdim olunub

© APA | Zefer.az saytı təqdim olunub

# 21 yanvar 2022 12:31 (UTC +04:00)

Bu gün Heydər Əliyev Mərkəzində zefer.az saytının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə "Zəfər" saytına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, “Zəfər” salnaməsinin yaddaşlara köçürüldüyü "Zəfər" saytı Azərbaycan Prezidentinin tapşırığı ilə yaradılıb: "Bundan əvvəl isə, şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün memorial.az saytı yaradılıb. "Zəfər” saytı Azərbaycan xalqının 30 il hazırlaşdığı və 44 gün ərzində keçdiyi Zəfər yolunun virtual salnaməsi-ensiklopediyasıdır. Saytın loqosu 3 elementi birləşdirərək xalqımızın 44 gündə keçdiyi Zəfər yolunu simvolizə edir”.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib ki, dünya ictimai-siyasi, hərbi-təhlükəsizlik həyatında daşıdığı əhəmiyyətə və uzun əsrlər boyu iki xalq arasında gedən qanlı müharibələr tarixində bənzərsiz dönüş nöqtəsi olduğuna görə, 44 günlük müharibə 21-ci əsrin ən böyük hadisəsidir: "Bu gün yaşadığımız günlər, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Dünya tarixində müharibədə qələbələr qədər bir xalqı güclü və nüfuzlu edən ikinci hadisə yoxdur. 8 noyabr həm də Ermənistanın məğlubiyyət günüdür. Vətən müharibəsindən sonra formalaşmaqda olan yeni regional arxitektura, xüsusilə erməni-türk düşmənçiliyinin aradan qalxması üçün prosesin başlanması, Azərbaycanın Naxçıvanla coğrafi birliyinin perspektivi də məhz hərbi qələbənin nəticəsidir".

"azvision.az" saytının baş redaktorunun müavini Səbinə Həsənova www.zefer.az saytını təqdim edərək bildirib ki, ümumilikdə 12 bölüm, 62 alt-bölüm üzrə 4000 səhifə, 7765 şəkil və 757 videodan ibarət olan sayt Azərbaycanın 44 günlük Vətən Müharibəsinin virtual salnaməsidir və həmin günlər ərzində hərbi, siyasi-diplomatik, informasiya və ictimai müstəvilərdə baş verən bütün əsas hadisələri əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR