Hicran Hüseynova: "Məhkəmələrdə ailə məsələlərini araşdıran xüsusi hakimlər olmalıdır"

Hicran Hüseynova

© APA | Hicran Hüseynova

# 10 iyun 2022 11:37 (UTC +04:00)

"Məhkəmələrdə ailə məsələlərinin araşdırılması ilə bağlı xüsusi hakimlər olmalıdır".

APA xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 18 İyun – İnsan hüquqları günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində “Ailə-nikah münasibətlərinin inkişafı: çağırışlar, islahatlar, perspektivlər” mövzusunda keçirilən ictimai müzakirə zamanı deyib.

O bildirib ki, məhkəmələrdə bir çox hallarda düzgün qərarlar qəbul edilmir: "Əslində mənfi fikirlər səsləndirmək istəmirəm. Lakin ailə məsələləri sona qədərə araşdırılmır. Bu səbəbdən xüsusi mütəxəssislərə ehtiyac var. Ona görə məhz ailə məsələlərinə baxan xüsusi hakimlər olmalıdır”.

Hicran Hüseynova polis orqanlarına qadın işçilərin cəlb olunmasının vacibliyini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR