Hicran Hüseynova yaşlı köçkünlərin dədə-baba yurdlarına səfərinin təşkil olunmasını təklif edib - VİDEO

Hicran Hüseynova

© APA | Hicran Hüseynova

# 17 iyun 2022 11:26 (UTC +04:00)

“Qaçqın və məcburi köçkünlər bizə müraciət edir. Onların içərisində çox yaşlı insanlar var”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hicran Hüseynova deyib.

Deputat bildirib ki, həmin şəxslərin minalardan təmizlənmiş ərazilərə səfərinin təşkil edilməsi çox yaxşı olardı: “Minalardan təmizlənmiş ərazilərə turlar təşkil edilərək o yaşlı insanların öz dədə-baba yurduna aparılmasını təklif edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR