Hikmət Babaoğlu: Qurumlar vətəndaşı ittiham etməklə özlərini haqlı çıxarmağa çalışırlar

Hikmət Babaoğlu: Qurumlar vətəndaşı ittiham etməklə özlərini haqlı çıxarmağa çalışırlar
# 25 yanvar 2023 14:26 (UTC +04:00)

“Hazırda qurumlar yeni iş sisteminə keçiblər, informasiya məkanında daim vətəndaşı ittiham etməklə özlərini haqlı çıxarmağa çalışırlar. Məsələn, hansısa informasiya məkanında eyni qurumdan olan 2 nəfərdən biri sual verir, biri cavab verir və sonda qurumu haqlı çıxarır”.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, İnsan hüquqları komitəsi vətəndaşların hüquqlarının bu cür qurumlar tərəfindən manipulyasiya edilməsinə imkan verməməlidir: “Bu da insan hüquqları məsələsidir. Məsələn, dəm qazı problemi var, bunu misal kimi çəkirəm. Amma manipulyasiya siyasəti ilə seçilən belə qurumların sayı kifayət qədərdir, vətəndaşları günahkar çıxarmağa çalışırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR