Hirkan Milli Parkında seyrəkləşmə, areallarda dəyişmə qeydə alınıb

Hirkan Milli Parkında seyrəkləşmə, areallarda dəyişmə qeydə alınıb
# 08 may 2023 12:54 (UTC +04:00)

Hirkan Milli Parkının dendroflorasında keçirilən monitorinqin müasir vəziyyəti təhlil edilmiş, təbii və mədəni bitki növlərinin, iqlim dəyişkənliyinin biomüxtəlifliyə təsiri, ağac və kol bitkilərinin taksonomik tərkibi, dominant növlər, bitkilərin yayılma arealları kompleks şəkildə tədqiq edilmiş, ərazisində qismən seyrəkləşmə, areallarda əvvəlki illərə nisbətən dəyişmə qeydə alınıb.

APA xəbər verir ki, bunu Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müasir təbiət ve iqtisad elmlərinin aktual problemləri” mözsunda keçirilmiş beynəlxalq elmi konfransda Dendrologiya İnstitutunun baş direktoru, biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənova “Hirkan Milli Parkının ağac və kol bitkilərinin taksonomik tərkibinə iqlim dəyişkənliyinin təsirinin təhlili” mövzusunda məruzə ilə çıxışı zamanı deyib. O bildirib ki, tədqiqat ərazisində ağac və kol bitkilərinin taksonomik tərkibinə iqlim dəyişkənliyinin təsiri təhlil edilib, tədqiqat ərazisində 2 tip bitkilik meşə və çəmən, 11 formasiya və 39 assosiasiya, 7 kolluq formasiyalarının yaratdığı 7 assosiasiyalar araşdırılıb. Hirkan florasında 99 növ ağac-kol bitkiləri qeyd edilərək, 36 növü relikt və endemikdir.

"Hirkan Milli Parkı ərazisindən tədarük edilmiş toxum nümunələri Abşeron iqlim şəraitində əkilib, alınmış cücərtilər dəyişkən iqlim şəraitində dözümlülük göstərdiyi tədqiq edilib", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR