"Huma quşu" Təhsilə Yardım Fondunun təqdimatı olub

"Huma quşu" Təhsilə Yardım Fondunun təqdimatı olub
# 17 noyabr 2022 17:04 (UTC +04:00)

ADA Universitetində universitetin və "Huma quşu" Fondunun birgə təşkilatçılığı ilə "Huma quşu" Təhsilə Yardım Fondunun təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, təqdimatda Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin rəhbəri, Nümayəndəliyin Müdafiə üzrə koordinator müavini və ölkənin mədəni, ictimai nümayəndələri, tələbələri iştirak edib.

Təqdimatda Humay Quliyeva ilə birgə təhsil almış, çalışmış dost və həmkarları çıxışlar edib, xatirələrini bölüşüblər.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin rəhbəri Draqana Koyiç Humay Quliyevanın xarakterik keyfiyyətlərindən danışıb:

"Humay bizim hər zaman can atdığımız insanpərvərlik nümunəsi idi. O taleyi gətirməyən insanlara yardım etmək üçün əlindən gələni əsirmədi. Humay qəlbinin gözəlliyi ilə hamıya nümunə idi. Şübhəsiz ki, bütün bunlar onun ailələlikcə sahib olduğu dəyərləndəndir. Bu baxımdan, bu fondu təsis etmək, onun adını yaşatmaq çox yaxşı təşəbbüsdür".

"Huma quşu" Fondunun prezidenti, Humayın anası Şəhla Vəzirova və Fondun Himayəçilik Şurasının üzvü Leyla Tağızadə Fondun təhsilə dəstək və təqaüd proqramlarından danışıb.

Təqdimatda bir sıra tələbəyə fond xətti ilə təqaüd verildiyi də vurğulanıb.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı Humay Vilayət qızı Quliyeva Kolumbiyanın Medelin şəhərində komitə xətti ilə fəaliyyəti zamanı faciəvi şəkildə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR