Hüquq şirkəti nədir, hüquq şirkətləri nə edir? Norma Hüquq şirkətinin işi nədən ibarətdir?

Hüquq şirkəti nədir, hüquq şirkətləri nə edir? Norma Hüquq şirkətinin işi nədən ibarətdir?
# 24 may 2022 14:33 (UTC +04:00)

Hüquq şirkəti hüquqşünasların, fiziki və ya hüquqi şəxslərin qanun qarşısında hüquqlarının qorunmasını, vətəndaş və korporativ məsuliyyətin dərk edilməsini və eyni zamanda, hüquq düşüncəsi və hüquq maarifçiliyini təbliğ edir.

Hüquqşünaslar, vəkillər hüquq şirkətlərində öz peşə vəzifələrini yerinə yetirirlər. Hüquq şirkətləri hüquqşünaslar vasitəsilə fiziki və ya hüquqi şəxslərə məsləhətlər və digər yazılı və s. xidmətlər göstərir və işləri qanunvericiliyə uyğun şəkildə aparır.

Ölkəmizdə hüquq şirkətlərinə hüquq firmaları, hüquq büroları, hüquq mərkəzləri də deyirlər. Amma bunların hər birinin mahiyyəti eynidir.

Hüquq firması, hüquq şirkəti nə edir?

Hüquqşünaslardan ibarət hüquq firmaları istər fiziki, istərsə də hüquqi şəxs olmasından asılı olmayaraq, müvəkkillərinin qanun qarşısında bütün hüquqlarının olmasını təmin edir. Bu halda iddia, şikayət, icra prosesinin başlanması kimi xidmətlərlə hüquqlarınızı müdafiə edərkən, digər tərəfdən, şəxsiyyətinizə, nüfuzunuza və ya şirkətinizə, brendinizə qarşı hücumların qarşısının alınması və ya müdafiəsi prosesi həyata keçirilir. Hüquqlarınızı qoruyan müqavilələrin verilməsi, sizə qarşı açılacaq iddialarda özünüzü müdafiə etmək kimi proseslər bu çərçivədədir.

Hüquq firmasını və ya şirkətini necə açmaq olar?

Azərbaycanda hüquq firması və ya hüquq şirkəti açmaq üçün müvafiq qeydiyyatdan keçmək lazımdır.

Vəkil kimi fəaliyyət göstərmək üçün əvvəlcə 3 illik hüquq iş təcrübəsi tələb olunur, daha sonra imtahan verib Vəkillər Kollegiyasına qəbul olmaq lazımdır.

Hüquq bürosu, hüquq firması, hüquq şirkəti açmaq üçün şəxsin vəkil olması vacib deyil. Amma hüquqşünas olmaq üçün bakalavr diplomu əsas şərtdir, yəni bu halda şəxs hüquq fakültəsinin məzunu olmalıdır.

Hüquq şirkətləri necə işləyir?

Hüquq firmaları hüquqlarınızı hüquqşünaslar, vəkillər tərəfindən göstərilən hüquq xidmətləri ilə qanun qarşısında, qanuni və hüquqi yollarla müdafiə edir.

Əgər hər hansı bir məhkəməyə təqdim edilmiş iddianız varsa, vəkillər sizi həmin iddia üzrə təmsil edərək qarşılaşdığınız hadisələri hüquqi formalar çərçivəsində müdafiə edir və qanun qarşısında haqlı olduğunuzu sübut etməyə çalışır. Məhkəmə araşdırmaları, mülki işlər, cinayət işləri, vergi işləri, inzibati işlər, icra işlərində sizi təmsil edir və qoruyur.

Hüquq məsləhəti, hüquqşünasla konsultasiya, hüquqşünas qəbuluna həm də “Məsləhətçi Xidmətlər”i deyilir.

Hüquq məsləhətinə nümunə kimi göstərmək olar ki, məsələn, şirkətdə işçinizlə aranızda işgüzar münasibətlər problemlidirsə və ya boşanmaq niyyətində olduğunuz həyat yoldaşınızın həyata keçirəcəyi hərəkətlərin hüquqi nəticələrindən əvvəlcədən məlumatlandırılırsınız.

Hüquq şirkətləri hansı sahələrdə xidmət göstərir?

Yuxarıda hüquq firması açmaq üçün şərtləri qeyd etmişdik. Bununla belə, əksər hüquq firmaları birdən çox hüquqşünas xidməti göstərir. Bu səbəbdən də, müvəkkillərə hüquqşünasların bilik və təcrübəsinə uyğun olaraq hüququn bütün sahələrində hüquqi dəstək göstərilir. Hüquq büroları icra işlərindən tutmuş cinayət işlərinə, iflas işlərindən boşanma işlərinə, vərəsəlik işlərindən kommersiya işlərinə qədər bütün sahələrdə xidmət göstərir.

Hüquq bürolarında məhkəmə çəkişməsinə səbəb olmayan işlərdə də məsləhət xidmətləri göstərilir. Məsləhət xidmətində fiziki və ya hüquqi şəxslərlə razılaşmayan, fiziki və ya hüquqi şəxslər arasında yaranan mübahisələrin hüquqi nəticələri ilə bağlı məsləhətlər verilir.

Norma Hüquq Mərkəzi Azərbaycanda ilk onlayn hüquq şirkəti olaraq, hüquqşünas heyəti ilə həm dövlət qurumlarına, hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət ediləcək məsələlərdə yazılı, həm də şifahi məsləhət sahəsində müvəkkillərə hüququn bütün sahələrində xidmət göstərir. Xüsusilə "Sürücü hüququ" paketi ilə bütün sürücülərin hüquqlarını qoruyuruq. Bundan əlavə, onlayn qaydada şikayət ərizələrinin yazılmasını təmin edirik.

Ən yaxşı hüquq şirkəti hansıdır?

Ən yaxşı hüquq şirkəti ən uğurlu hüquqşünasların vəkil kimi işlədiyi şirkətdir. Ən uğurlu hüquqşünas, vəkil isə odur ki, müvəkkilinin hüquqlarını qanun qarşısında ən effektiv şəkildə müdafiə etsin.

Hüquqşünasların, vəkillərin işlərində uğur qazanması üçün onlarla müvəkkilləri arasında ünsiyyət maksimum səviyyədə olmalıdır. Ən yaxşı hüquqşünas, ən yaxşı vəkil müvəkkilini dinləyib, hadisənin mahiyyətini tam başa düşüb, hüquqi analiz qabiliyyətinin köməyi ilə, kazusu mənimsədikdən sonra öz hərəkətlərini və (hüququn aliliyini qorumaq şərti ilə) müvəkkilini ən təsirli şəkildə müdafiə edərək müsbət nəticə əldə edə bilər.

Yaxşı vəkil müdafiə etdiyi şəxsin hüquqlarını sanki qanun qarşısında öz hüquqlarını müdafiə edirmiş kimi müdafiə edir.

Norma Hüquq Mərkəzində fəaliyyət göstərən hüquqşünas və ya vəkillər hər işdə müvəkkillərinin hüquqlarını müdafiə edir, onların hüquqlarını qorumağı maksimum səviyyədə hədəfləyir.

Hamını hüquqlarınızı qorumağa çağırırıq! Hüquq bir gün hər kəsə lazım olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR