İlahiyyat İnstitutuna qəbul planı artırılıb

İlahiyyat İnstitutuna qəbul planı artırılıb
  • Clock-gray 17:03
  • calendar-gray 12 İyul 2019

"2019-2020-ci tədris ili üçün Azərbaycan İlahiyyat İnstitutunda qəbul planı artırılır. Ötən tədris ilində İnstituta 60 tələbə qəbul olunub. Növbəti tədris ilində isə 72 tələbənin qəbul olunması nəzərdə tutulur".

Bunu APA-ya açıqlamasında İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib.

Rektor qeyd edib ki, İnstitutda bir fakültə üzrə iki ixtisas (İslamşünaslıq və Dinşünaslıq) tədris edilir: “Yeni fakültələrin yaradılması üzərində də düşünürük, gələcəkdə bu məsələyə baxacağıq".

Rektor bildirib ki, bu il İlahiyyat İnstitutunun ilk buraxılışı olub:”İlahiyyat İnstitutu yaradılarkən prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi bizim İnstituta daxil edildi. Bu səbəbdən də bu il IV kurs tələbələrimiz məzun oldular”.

Rektor eyni zamanda qeyd edib ki, İlahiyyat İnstitutunun yeni binaya köçürülməsi üzərində də iş gedir: "Yeni binamız Statistika Komitəsinin yaxınlığında, Naxçıvani küçəsindədir. Hazırda binada təmir işləri gedir, yəqin ki, sentyabrda yeni binaya köçəcəyik".

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date