İcma yaradılmamış ibadət yerlərinə din xadimlərinin təyinatı qadağan olunur

Milli Məclis

© APA | Milli Məclis

# 26 yanvar 2022 14:37 (UTC +04:00)

Azərbaycanda dini icması yaradılmamış dini ibadət yerlərinə və ziyarətgahlara din xadimləri təyin edilməyəcək.

APA-nın məlumatına görə, bu, "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, dini icması yaradılmamış dini ibadət yerlərinə və ziyarətgahlara dini mərkəz (idarə) tərəfindən bu qanunla müəyyən olunmuş qaydada din xadimləri təyin edilə bilərdi. Layihəyə əsasən, qayda ləğv edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR