İçməli suya nəzarət üzrə İşçi qrupu yaradılıb - SİYAHI

Səhiyyə Nazirliyi

© APA | Səhiyyə Nazirliyi

# 30 dekabr 2021 16:21 (UTC +04:00)

Səhiyyə nazirinin I müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” milli dövlət standartının hazırlanması məqsədilə İşçi qrupunun yaradılması barədə əmr imzalayıb.

APA-nın məlumatına görə, əmrə əsasən, milli dövlət standartının hazırlanması üzrə aidiyyəti qurumlarının nümayəndələrindən ibarət aşağıdakı tərkibdə İşçi qrupu yaradılıb:

Leylaxanım Tağızadə - Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin kommunal-gigiyena bölməsi üzrə məsləhətçisi, BMT-nin su və sağlamlıq protokolu üzrə milli əlaqələndirici;
Mütəllim Əbdülhəsənov- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarəedilməsi şöbəsinin müdiri və su ehtiyatlarının inteqrasiyalı idarəedilməsi üzrə milli siyasi dialoqun rəhbər komitəsinin sədri;
Günel Qurbanova - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “AzeLap” MMC-nin baş bioloqu;
Bayram Əliyev - Azərbaycan Standartlaşdırma İnstitutunun aqrar və qida sənayesinin standartlaşdırma şöbəsinin müdiri;
Cəmil Babayev - “Azərsu” ASC-nin texniki proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi;
Elçin Əliyev - “Azərsu” ASC-nin Mərkəzi laboratoriyasının müdiri;
Məhəmməd Abdullayev - AMEA Akademik H.Əliyev adına Coğrafiya İnstitutu, coğrafiya elmləri üzrə elmlər doktoru.

İşçi qrupuna “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” milli dövlət standartı 2022-ci ilin aprel ayına kimi hazırlayıb müvafiq qurumlarla razılaşdırıldıqdan sonra təsdiq edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR