İctimai işlər proqramının fəaliyyət sahələri genişlənib

İctimai işlər proqramının fəaliyyət sahələri genişlənib
# 07 oktyabr 2022 11:16 (UTC +04:00)

İşsiz şəxslərin məşğulluğunun təminatında önəmli rola malik olan “İşsizin dostu” ictimai işlər proqramının fəaliyyət sahələri bu il daha 9 qurumla birgə icrasına başlanan layihələrlə xeyli genişlənib. Bu barədə ictimai işlər proqramının icrası işləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda bildirilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, müxtəlif qurumlarla birgə layihələrin sayının getdikcə artması proqramın şaxələndirilməsinə imkan verib. İctimai işlərə cəlb olunan, ilkin peşə hazırlığı olmayan işsiz şəxslər bu layihələr üzrə müxtəlif peşə sahələrində işləyərək aylıq əməkhaqqı alır, eyni zamanda, həmin fəaliyyət sahələri üzrə ilkin peşə bacarıqlarına yiyələnirlər.

İclasda Nazirliyin tabeliyindəki DOST İş Mərkəzinin yerli icra hakimiyyətləri ilə yanaşı, artıq 20-yə yaxın qurumla (Kənd Təsərrüfatı Nazirliyi, Müdafiə Nazirliyi, Milli Arxiv İdarəsi, Azərpoçt, Aztelekom və s.) əməkdaşlıq həyata keçirdiyi qeyd olunub. 56 min iş yerini özündə əhatə edən ödənişli ictimai işlər proqramının icrası sahəsində görülən işlər müzakirə edilib.

Proqramın icrasında şəhid ailələrinin üzvləri, müharibə veteranları, əlilliyi olan şəxslər və digər həssas qruplara üstünlük verildiyi diqqətə çatdırılıb.

İctimai işlər proqramının icrasında şəffaflığın və güclü nəzarətin təmin olunması, monitorinqlərin aparılması, ictimai işlər portalının yaradılması işlərindən bəhs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR