“İctimai iştirakçılıqla bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı bizə təkliflər daxil olur".
APA xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev jurnalistlərə açıqlamasında deyib.
O deyib ki, təkliflər QHT Agentliyinin dəstəyi ilə regionlarda keçirilən zona müşavirələrində də səsləndirilir:
“Gələn ayın ortasında biz yekun konfransı Bakı şəhərində keçirərkən həmin təklifləri də orada səsləndirəcəyik. Ümumi təkliflər müzakirə edildikdən sonra Milli Məclisə təqdim olunacaq”.