İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərin maaşı artırılıb

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 17 yanvar 2022 11:19 (UTC +04:00)

İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərin aylıq vəzifə maaşı artırılıb.

APA-nın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” qərara dəyişiklik edib.

Qərara əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssislərin aylıq vəzifə maaşı 890 manatdan 1070 manata qaldırılıb.

Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR